SOCAR və Yaponiya şirkəti arasında əlaqələr genişləndiriləcək

Dekabrın 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ITOCHU korporasiyasının idarə heyətinin üzvü və baş idarəedici direktoru Masahiro İmainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ITOCHU Azərbaycanın regional əhəmiyyət kəsb edən genişmiqyaslı neft-qaz layihələrində iştirak edən ilk beynəlxalq şirkətlərdəndir.

ITOCHU nümayəndə heyətinin başçısı Masahiro İmai SOCAR və ITOCHU arasında əməkdaşlığın 20 ildən artıq bir müddəti əhatə etdiyini, həm neft, həm də qeyri-neft sektorunun müxtəlif layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq miqyaslı layihələrdə tərəfdaş olduqlarını xatırladıb.

Masahiro təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır