SOCAR və IBM şirkəti arasında Strateji Əməkdaşlıq Memorandumu imzalanıb

Fevralın 15-də SOCAR-ın Baş ofisində ABŞ-ın IBM şirkəti ilə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.
Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi imzalayıb. Memorandum çərçivəsində IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiyaya investisiya qoyuluşu, neft hasilatında süni intellekt əsasında Watson əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili, elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutulur.
Rövnəq Abdullayev bildirmişdir ki, Memorandum SOCAR-a süni intellekt əsasında çalışan “Watson for Upstream” qlobal strateji inkişaf əməkdaşlığına qoşulmaq imkanı verir. Müasir dövrdə mühüm əhəmiyyətə malik olan bu strateji inkişaf sahəsi elmi tədqiqat layihələri də daxil olmaqla birgə araşdırmalar üçün geniş üfüqlər açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır