“Xəzər Neft və Qaz -2017” sərgi-konfransında iştirak etmək üçün Bakıya səfər edən “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
“Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov Özbəkistanda həyata keçirdikləri hasilat, emal, neft-qaz kimyası layihələrindən danışıb. O, ötən ay Daşkənddə keçirilən “Neft və Qaz-OGU 2017” XXI Beynəlxalq sərgi və konfransında Azərbaycan nümayəndə heyətinin iştirakını və Rövnəq Abdullayev ilə görüşlərini xatırladaraq, SOCAR və “Özbəkneftqaz” şirkətləri arasında imzalanan memorandumu yeni dövrdə iki şirkət arasında dərin və sıx əməkdaşlığın yaranması nöqteyi-nəzərindən yüksək qiymətləndirib.
Görüşün sonunda “Özbəkneftqaz” şirkətinin Azərbaycanda mümkün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə iki şirkət arasında memorandum imzalanıb.