SOCAR-ın xam neft hasilatı azalıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-ın məlumatına əsasən, 2017-ci ilin yanvar-iyun ayları ərzində  3 705.4 min ton xam neft hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 76.3 min ton və ya  2 % azdır. İyun ayı üzrə hasilat isə may ayının göstəricisindən 4.3 % az, yəni 609.3 min ton olub.

Qeyd edək ki, SOCAR ötən ay 636.9 ton neft hasil etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır