SOCAR-ın Xarici Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib

İyulun 26-da SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib.

İclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində Böyük Britaniyanın Heriot-Watt Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə magistr təhsilini başa vurmuş Rəcəb Nəbiyevin hesabat xarakterli təqdimatı dinlənilib. Məzun xaricdə təhsil aldığı ixtisas və ali təhsil müəssisəsi, eləcə də Azərbaycanın təbliği istiqamətində ictimai fəaliyyəti barədə Komissiya üzvlərinə ətraflı məlumat verib.

Qeyd edək ki, hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 23 nəfər təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir. Bundan əlavə, 256 nəfər təhsilini başa vuraraq geri qayıdıb, SOCAR-da ixtisaslarına uyğun işlə təmin olunublar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır