“Societe Generale” biometrik kartları sınaq mərhələsindədir

Aktivlərinin sayına görə Fransanın üçüncü ən böyük bankı olan “Societe Generale” yeni məhsulunu təcrübədən keçirir.

Bankın istehsal etdiyi yeni təmassız ödəniş kartları barmaq izi tanıma xüsusiyyətinə malikdir. Kartın eyni zamanda həm biometrik autentifikasiya, həm də PIN kod özəlliyinə malik olması müştərinin informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Əlavə olaraq, yeni istifadəyə veriləcək kartların xərcləmə limitinin olmaması onu Fransanın ilk limitsiz təmassız ödəniş kartına çevirir.

Sözügedən kart IDEMI təşkilatının F.Code texnologiyası əsasında yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır