“Softbank” və “Uber” danışıqları başa çatıb. Belə ki, “Softbank”ın başçılıq etdiyi konsorsium “Uber” səhmlərinin təxminən 18%-ni alıb.
Bu səhmlərin 15%-i “Softbank”, qalan 3% isə konsorsiumun digər üzvləri tərəfindən satın alınıb.
“Uber” açıqlamasında, satınalmadan qazandığı vəsaitlər ilə texnologiyaya yatırımlar edəcəyini, şirkətin böyüməsini və korporativ idarəetməni gücləndirməyi hədəflədiyini bildirib.
Qeyd edək ki, alqı-satqı “Uber”in ötən ilki bazar dəyərindən 30% aşağı ilə gerçəkləşib. Ötən il “Uberin”in bazar dəyəri 68 milyard dollar olmasına baxmayaraq, satınalma 48 milyard dollar üzərindən həyata keçirilib.