Sony vinil vala olan tələbin artması ilə əlaqədar təkrar val istehsalına başlayacağını açıqlayıb. Şirkət bildirib ki, vinil val istehsalı köhnə və nostalji sevən şəxslərlə yanaşı, gənc nəslin də diqqətini çəkən bir addım olacaq.
Həmçinin Deloitte məsləhət firmasının təxminlərinə görə qlobal vinil satışından əldə edilən gəlir 1 milyard dollara yüksələcək. Bununla yanaşı CD-lərin satışı və rəqəmsal mühitdən musiqi yükləmə nisbətləri azalmaqda davam edir.
Qeyd edək ki, Sony şirkəti 1989-cu ildə istehlakçıların CD-ə üstünlük verməsi nəticəsində vinil istehsalını dayandırmışdı.