Sosial media istifadəçilərinin sayı artıb

“Hootsuite” və “We Are Social” mərkəzinin hesabatına əsasən, keçən il Azərbaycanda internet istifadəçilərinin sayı 2016-cı illə müqayisədə 3%, sosial media istifadəçilərinin sayı isə 29% artıb.

Ölkədə aktiv olan mobil cihazların sayı 11 milyondan çoxdur. Son bir ildə 1 milyona yaxın yeni mobil cihazdan istifadə olunmağa başlanılıb.

İnternetin 39%-i kompüter və noutbuk, 59%-i mobil telefon, qalan hissəsi isə planşet və digər cihazlar vasitəsilə istifadə edilib. Son bir ildə kompüter və noutbukda istifadə istifadə olunan internetin həcmi 15% azalıb, smartfonlarda isə 15% artıb.

Ölkədə bank (kredit) kartı olanların sayı ümumi əhalinin 9%-ni təşkil edir. Əhalinin 4%-i onlayn ödəniş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır