Cari ilin 6 ayında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1708,1 mln. manat təşkil edib.
Məlumata görə, bu vəsaitin 1672,40 mln. manatı və yaxud 98 %-i əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 1626,6 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 45,8 mln. manat olub.