Qırğızıstan hökumətinə iri sosial şəbəkələrdən vergi tutmaq təklif edilib

Parlamentin iclasında deputat Ruslan Kazakbayev iri internet resurslarından vergi tutulmasının zəruriliyi təklifini irəli sürüb.

Deputat bildirib ki, kommersiya təşkilatları “Google”, “Facebook”, “İnstagram” və digər nəhənglərə reklam üçün minlərlə dollar vəsait ödəyirlər, həmin reklamın yayıldığı ölkələrin heç də hamısı bu şirkətlərdən vergi tutmurlar. Ruslan Kazakbayev KİV məlumatlarına əaslanmaqla qeyd edib ki, bununla da dövlət 500 milyon dollardan 1 milyard dollara qədər vəsaiti itirmiş olur.

Onun sözlərinə görə, Qırğızıstan Rusiyanın təcrübəsini tətbiq etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır