“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi respublikamızın suveren reytinqini “BB+” səviyyəsində dəyərləndirib, reytinq üzrə proqnoz “sabit” saxlanılıb. Bu göstərici ötən ilin reytinq səviyyəsi ilə eynidir.
Hesabatda, suveren reytinqə əsas risk təşkil edən amil kimi ölkə iqtisadiyyatının karbohidrogenlərdən güclü asılılığı, bank sektorunun zəyifliyi göstərilsə də, artımın inkişafı nəticəsində maliyyə sisteminin də güclənməsi proqnozlaşdırılır.
Proqnozlara əsasən, Azərbaycanda nominal ÜDM cari ildə 46 milyard dollar təşkil edəcək. Növbəti illərdə də bu göstəricinin sabit qalması proqnozlaşdırılır.
Real ÜDM artımı 2019-cu ildə 2.3% olacaq. 2020-ci ildə bu artımın 3.0%, 2021-ci ildə isə 3.1% olacağı düşünülür.
Hesabata istinadən, 2019-cu ildə USD/AZN məzənnəsi 1.79 səviyyəsində qərarlaşacaq. 2020 və 2021-ci illər üçün bu göstəricinin müvafiq olaraq 1.87 və 1.97 səviyyələrinə yüksəlməyi proqnozlaşdırılır.