“S&P Global” 100-dən çox analitiki işdən azad edib

Dünyanın ən böyük kredit reytinq agentliyi “S&P Global” 100-dən çox analitiki işdən azad edib.

BBN.az türkiyə mətbuatına istinadən xəbər verir ki, həmçinin şirkət ən yüksək kredit reytinqi analitiklərinin ən az 5-nin vəzifəsinə son verib.

“S&P Global”un bunu etməsinə səbəb agentliyin strukturunun yenidən qurulması ilə bağlı olub. Belə ki, şirkətin ən azı 130 ölkənin kredit reytinqini dərəcələndirən yüksək prestijli ölkə kredit qeydi bölməsi, bank sektoruna yönəldilmiş Maliyyə Xidmətləri şöbəsi nəzdində yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır