“Standard İnsurance” Sığorta Şirkəti ASC-nin səhmdarlarının 27.11.2017-ci il tarixli qərarı ilə İdarə Heyətinin tərkibində dəyişiklik olunub.
Belə ki, Anar Ramiz oğlu Sadıxov ASC “Standard İnşurance” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Həmçinin, qeyd olunan qərar ilə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə şirkətin Sığorta Hadisələri və Hüquq Departamentinin direktoru Tural Qabil oğlu Əsgərov təyin edilib.