Standard and Poor’s reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini aparıb və müvafiq hesabatını açıqlayıb.
Agentlik Azərbaycan Respublikasının uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinini dəyişməyərək müvafiq olaraq ‘BB+/B’ səviyyəsində, mənfi proqnoz ilə saxlayıb.
Standard and Poor’s reytinq agentliyinin yaydığı son hesabatda reytinqin dəyişməz olaraq saxlanılmasına əsas səbəb kimi ölkənin möhkəm fiskal mövqeyi, xüsusiylə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyutada ehtiyyatlarının mövcudluğu göstərilir.
Agentlik hesab edir ki, tədiyə balansına olan təzyiqlərin aradan qalxacağı, ölkənin iqtisadi inkişaf göstəricilərinin gözlənilən artımı və daxili bank sistemində sabitliyin möhkəmlənməsi nəticəsində reytinq üzrə proqnoz mənfidən müsbətə keçirilə bilər.