Standard & Poor’s beynəlxalq reytinq agentliyi növbəti dəfə PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib. Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi (“EDR”) «ВВ-» səviyyəsində, qısamüddətli EDR isə “B” səviyyəsində təsdiq olunub.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Standard & Poor’s-un ölkə reytinqini dəyişməz saxlaması fonunda Bankın reytinqinin təsdiq olunması bizim üçün gözlənilən bir nəticə idi.
“Maliyyə bazarında carı vəziyyəti nəzərə alaraq bu Bankımız üçün çox böyük bir nailiyyətdir. Reytinqimizin təsdiq olunması Banka regional maliyyə institutu kimi göstərilən etimadın göstəricisidir. 10 il bundan əvvəl qurulduğunda PAŞA Bankın qarşısına qoyduğu əsas məqsəd özəl qeyri-neft sektorunda inkişaf etmək olub və bankın strategiyaları bu məqsəd ətrafında qurulub. Uzunmüddətli, dayanıqlı inkişafı hədəf alan bank öz korporativ və risk idarəetməsinə, insan kapitalına və İT infrastrukturuna böyük sərmayələr yatırmışdır. Standard & Poor’s-un çağırışlarla dolu bir zamanda PAŞA Bank-ın reytinqini eyni səviyyədə saxlaması strategiyamızın düzgün və uğurlu olduğunun bir daha sübut edir », – deyə T. Kazımov bildirib.