“Starbucks” şirkəti Cənubi Koreyada 100 nağdsız mağaza açacağını və texnologiya ölkəsində mobil ödəniş sistemlərindən istifadəni artıracağını açıqlayıb.
Xatırlatmaq lazımdır ki, qəhvə nəhəngi aprel ayının əvvəllərində Seul ətrafında 3 nağdsız mağazanın sınaqlarını həyata keçirməyə başlamışdı.
Bildirilir ki, “Starbucks” və Cənubi Koreyada pərakəndə nəhəngi “Shinsegae” şirkəti arasındakı birgə fəaliyyətə uyğun olaraq, bu mağazalardakı nağd əməliyyatlar nisbəti indiyədək 3%-dən 0.2%-ə qədər azalıb.
Şirkət iyulun 16-dan başlayaraq sınaq sistemi altında olan 3 mağazaya daha 100 nağdsız mağaza əlavə edəcək.
Şirkət bu qərarın səbəbini açıqlayarkən bildirib ki, qərara səbəb nağd ödənişlərin getdikcə azalmasıdır. Belə ki, Cənubi Koreyada “Starbucks”da nağd ödənişlərin sayı 2010-cu ildə 31%, 2013-cü ildə 15%, 2017-ci ildə 7% geriləyib.