ABŞ-ın dünya nəhəngi Starbucks 10 min immiqrantı işə götürəcəyini bildirib.
Şirkət bu açıqlamasını Suriyalı qaçqınların ABŞ-a girişinə məhdudiyyət qoyan və 7 müsəlman ölkədən vətəndaşların ölkəyə daxil olmasını 90 gün qadağan edən qərardan sonra verib. Açıqlamaya əsasən, şirkət 5 il ərzində fəaliyyət göstərdiyi 75 ölkədə 10 min qaçqın işlə təmin olunacaq.
Starbucks CEO-su Howard Schultz şirkət işçilərinə göndərdiyi məktubda “Amerikanın vəd etdiyi dəyərlərin itdiyi bənzərsiz” bir zamanın yaşandığını qeyd edib.
Qeyd edək ki, şirkət Meksikada da investisiyalarını davam etdirəcəyini açıqlayıb.