Startapçılarla investorların görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş – “Demo Day” təşkil olunub.

Tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi startapların Azərbaycan və beynəlxalq bazarda inkişafına kömək məqsədi ilə intensiv akselerasiya proqramı həyata keçirir.

 “Demo Day”də aqro, təhsil, maliyyə, İKT, loqistika, turizm kimi fəaliyyət istiqamətlərini əhatə edən, ümumilikdə 8 startap çıxış edib.

 “Mr.Bee”, “Onepoint”, “Nextsale”, “11Delivery”, “Triple”, “Vriendly”, “Whelp” və “Neuroil” komandaları investorlar qarşısında öz təqdimatlarını edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır