Statistika Komitəsi Bloqarıstanda işgüzar görüş keçirib

Cari ilin 21 – 25 avqust tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda səfərdə olub.

Səfərin əsas məqsədi “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində həyata keçirilmiş işlərə dair nəticələrin müzakirəsi, gələcək tədbirlərin planlaşdırılması və ikitərəfli əməkdaşlığın davam etdirilməsi olub.

Qeyd edək ki, səfər Milli Statistika İnstitutunun Sofiya şəhərində yerləşən əsas inzibati binasında, Pleven şəhərindəki “Severozapad” – Ərazi Statistika Bürosunda, Loveç şəhərindəki “Slivek” təlim mərkəzində və Varna şəhərində yerləşən “Severoiztok” – Ərazi Statistika Bürosunda 5 gün ərzində davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır