Strateji cəhətdən vacib xərcləri qoruyun – Harvard Business Review

Rəhbərlər ağır iqtisadi vəziyyətdə, adətən, birinci dərəcəli olmayan xərcləri azaltmağa başlayırlar: bu, onların ilk instinktiv reaksiyasıdır. Amma  əsassız, xüsusilə cari əməliyyat xərcləri ilə uzunmüddətli strateji proqramların maliyyələşməsi arasında fərqlər aparmadan hərəkət etmək təhlükəlidir. Böhran nə qədər ki şirkətin mövcudluğunu təhdid etmir, rəhbər bütün qüvvəsini strateji planları dəyişməyə və onları bıçaq altına göndərməyə deyil, onu tonusda saxlamağa yönəltməlidir.

Şirkətlərə strateji əhəmiyyətli proqramları qorumaq və möhkəmləndirmək üçün artıq mövcud olan əsaslı və əməliyyatlar xərcləri kateqoriyalarını yeni strateji xərclərlə tamamlamağı təklif edirik.  Aşkar etdik ki, onlar ayrıca ayrılmasa və xüsusi olaraq qorunmasa, menecerlər onlara mütləq olmayan kimi yanaşacaqlar. Rəhbərlər qarşısında ciddi təxirəsalınmaz problemlər durur: strateji layihələrə ayrılmış pulları, ya da onların bir hissəsini onların həllinə necə yönəltməyəsən? Maliyyə nəticələrini cəld əldə etməyə can atmaq təşkilatların əksəriyyətinin strategiyalarını həyata keçirməyə çətinlik yaradan səbəbdir.

Strateji xərclərini bu cür qəsdlərdən qoruyan 2 şirkətlə işlədik. Onlardan biri – Şimali Avropanın aparıcı bankı olan Nordea-da strateji layihələrin planlaşdırma və maliyyələşmə prosedurları təsdiq edildi. Şirkətin strategiyasına, prinsiplərinə və onun reallaşdırılması mərhələlərinə düzəlişlər edildiyi illik iclasdan sonra səmərəlilik göstəriciləri təsdiqlənir, rəhbər qoyulmuş məqsədlərə hansı strateji layihələr hesabına nail oluna biləcəyini müəyyənləşdirir. Hər layihəyə top menecerlər arasından kurator təyin edilir, maliyyələşmə isə ayrıca büdcə maddəsi üzrə ayrılır. Kuratorlar hər ay icra komitəsi qarşısında layihələrinin gedişi haqqında hesabat verirlər.

Ofis texnikası istehsalçısı Ricoh şirkəti başqa cür fəaliyyət göstərir. Burada strateji investisiya fondu yaradılıb, onun vasitəsilə fondun əməliyyat və əsaslı büdcələrində nəzərdə tutulmayan layihələr maliyyələşdirilir. Hər bölmə, üçillik inkişaf planına söykənərək, onun inkişaf planına daxil edilmiş strateji təşəbbüslərin maliyyələşməsi üzrə ərizə tərtib edir. Baş direktor strategiya və planlaşdırma departamentinin üzvləri ilə birlikdə hər bir təklifi öyrənir və strateji investisiya fondunun vəsaitlərini ən perspektivli layihələr arasında bölüşdürür, sonra isə rüblük iclaslarda onların gedişini təhlil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır