Oktyabrın 9-da Ümümdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji ticarətin nəzarət sistemləri” mövzusunda təlim başlayıb.
BBN.az xəbər verir ki, ÜGT ekspertlərinin apardığı təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.
Təlim müddətində iştirakçılara strateji mallar haqqında anlayış və onun əhəmiyyəti, strateji malların idarə edilməsi üçün beynəlxalq hüquqi çərçivə və rejimlər, milli strateji ticarətə nəzarət sistemlərinin komponentləri və gömrüyün rolu, strateji malların nəzarət sistemində Azərbaycan təcrübəsi, strateji malların ticarətinə nərarət sisteminin icra təlimatı, strateji mallara nəzarətin tətbiqi və s. mövzularda bilgilər veriləcək.
Qeyd edək ki, təlim oktyabrın 12-dək davam edəcək.