Strateji valyuta ehtiyatları 12% artıb

2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2.5%-i səviyyəsində profisit qeydə alınıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

Yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1.9 mlrd. ABŞ dolları təşkil edib, ölkənin strateji valyuta ehtiyatları 11.5% artıb. İlin sonuna tədiyə balansında profisitin qorunacağı proqnozlaşdırılır.

Profisitli tədiyə balansı fonunda valyuta bazarı özünün tarazlığını, milli valyutanın məzənnəsi isə sabitliyini qoruyur. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşaiyət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır