Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası müzakirə edilib

İqtisadiyyat Nazirliyində strateji yol xəritələrində nəzərdə tutulmuş və Nazirlik üzrə Sahibkarlığın inkişafı siyasəti şöbəsinin icraçı olduğu tədbirlərin icrası ilə bağlı iqtisadiyyat nazirinin müvafiq əmri ilə müəyyən olunmuş əlaqələndirici struktur bölmələrin iştirakı ilə iclas keçirilib.

İclasda strateji yol xəritələrinin Tədbirlər Planlarında İqtisadiyyat Nazirliyi üzrə Sahibkarlığın inkişafı siyasəti şöbəsinin icraçı olduğu, eləcə də Nazirliyin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndəki tədbirlərin icra vəziyyəti də müzakirə edilib, tapşırıqların icra vəziyyəti və gedişatı barədə hesabat məruzələri dinlənilib.

İclasda strateji yol xəritələrinin tədbirlər planlarında İqtisadiyyat Nazirliyinin icraçı olduğu, xüsusilə də 2017-ci ildə icrası başa çatan və ya icrası başlanılmalı olan tapşırıqlar üzrə görülmüş və görüləcək işlər, gözlənilən nəticələr barədə müzakirələr aparılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” üzrə hazırlanmış 2018-ci il üçün Təfsilatlı tədbirlər planlarında nəzərdə tutulan tədbirlər də müzakirə edilib, həmçinin 2019-cu və 2020-ci illər üzrə Təfsilatlı tədbirlər planlarının hazırlanması daqərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır