İqtisadiyyat Nazirliyinin əlaqələndiricisi olduğu “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyətinin müzakirəsi ilə bağlı növbəti iclas keçirilib.
Belə ki, iclasda Nazirliyin əsas icraçı olduğu tədbirlər üzrə məsul icraçı və əlaqələndirici stuktur bölmələrin nümayəndələrinin iştirakı ilə qeyd olunan strateji yol xəritəsi üzrə tədbirlərin icra vəziyyəti müzakirə edilib və əvvəlki iclaslarda tədbirlərlə bağlı verilmiş tapşırıq və tövsiyələrin icrası barədə hesabat məruzələri dinlənilib.
Tədbirdə, həmçinin görüləcək işlərə və gözlənilən nəticələrə dair fikir mübadiləsi aparılmış, tədbirlərin tam və vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tövsiyələr verilib.