Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” üzrə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupunun birgə iclası keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən iclasda “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, təfsilatlı Tədbirlər Planının layihəsi müzakirə edilib. İclasda həmçinin, strateji yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası zamanı qarşıya çıxa biləcək məsələlər və onların həlli, habelə tədbirlərin icrası ilə bağlı hesabatların tərtib edilməsinə dair fikir mübadiləsi aparılıb.