Bu startup 55 milyon gəlir əldə edib

Yaponiyada müştərilərinə kredit kartı olmadan da alış-veriş etmək imkanı verən “startup” Paidy 55 milyon dollar investisiya əldə edib.

Paidy 2014-cü ildə elektron ticarət üçün kredit hesabı mexanizmini işə saldı və hazırda 1.4 milyondan artıq hesabı idarə edir. Startup həmçinin kredit kartı olmayan və kredit kartına sahib olmaq istəməyən şəxslər üçün online alış-verişi təmin edir.

Hesabındakı 55 milyonla “Paidy” 2020-ci ilə qədər idarə etmək istədiyi hesabları 11 milyona çatdırmaq niyyətindədir. Startup həmçinin offline bazara və digər maliyyə xidmətlərinə də keçməyə hazırlaşır.

Qeyd edək ki, “Paidy” vasitəsilə bütün ay boyunca həyata keçirilən onlayn ödəmələr tək bir fakturada yerləşir və müştəri dönəm ərzində bank üzərindən pul tranferi həyata keçirərək anlaşmalı pərakəndə mağazalarla hesabı ödəyə bilir. Proses vaxtı telefon nömrəsindən istifadə edən istifadəçilər telefonlarına gələn kod və ya səslə təsdiq edərək prosesi tamamlaya bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır