Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
BBN.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, 30 may 2018-ci il tarixdə saat 0900-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.
Məhdudiyyətlər daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200 mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədardır.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.