Bu rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

BBN.az xəbər verir ki, payız–qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, yararsız qaz xətlərinin yeni  çəlikmiş  borularla əvəz edilməsi,həmçinin Nizami rayonu Qara Qarayev 102 ünvanında diametri 325mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar 26 sentyabr 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində,eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin  bir hissəsinin də  qaz təchizatına fasilə yaranması mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır