2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9 493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir.
Bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.
Onu da qeyd edək ki, 1 fevral 2018-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 478 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.