Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupunun birgə iclası keçirilib.
Belə ki, iclasda “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”nin təfsilatlı tədbirlər planı müzakirə edilib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatlar qısa zamanda öz müsbət nəticələrini verib və 2017-ci il makroiqtisadi sabitlik, qeyri-neft ixracının artması və infrastrukturun daha da yaxşılaşdırılması ilə yadda qalıb.
İclasda qeyd edilib ki, Strateji Yol Xəritələrinin icrası, monitorinqi və qiymətləndirilməsi idarəetmənin səmərəliliyinin, şəffaflığının və hesabatlılığının artırılmasına xidmət edir.
Tədbirdə İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlərə dair verilmiş tapşırıq və tövsiyələrin icrası barədə məlumat verilib, icra zamanı qarşıya çıxa biləcək məsələlər və onların həlli üzrə fikir mübadiləsi aparılıb.