Tədiyə balansının kəsri 1,190.2 mln. dollar təşkil edib.
Bu haqda Mərkəzi Bankn hesabatında qeyd edilib.
Bu kəsrin mənbələrinə gəldikdə isə cari əməliyyat kəsrinə diqqət etmək lazımdır. Belə ki, cari əməliyyat balansının kəsri -1,113.3 mln. dollar təşkil edib.
Cari əməliyyat balansında mənfi saldonun yaranmasının əsas səbəbi xidmətlər balansında kəsrin meydana gəlməsidir ki, bunun da 95.5%-i tikinti sektorunun payına düşür. Çünki tikinti sektoru əsasən qeyri-ixrac xidmətləri təqdim edir.
ÜDM-in azalmasında da əsas mənbə kimi tikinti sektoru göstərilsə də balansın tarazlığa qayıdması üçün bu sektorun fəaliyyətinin zəifləməsinin labüd olduğu açıqdır.