Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru Toğrul Quliyev nağdsız hesablaşmalarla bağlı müsahibəsində bildirib ki, 16 dekabr 2016-cı il tarixdə «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, bir sıra fəaliyyət növü ilə məşğul olan şəxslərin həmin xidmətləri nağd qaydada göstərməsinə məhdudiyyət qoyulub: məsələn, turagentlər və ya təhsil müəssisələri. Turagentlər təqdim etdikləri turların dəyərinin nağdsız qaydada ödənilməsini təmin etməlidirlər. Bunun üçün onlarda bank hesabı, POS-terminal olmalı, digər ödəniş vasitələrindən istifadə edilməlidir. Eyni məsələ təhsil müəssisələrinə də aiddir. Ödənilən təhsil haqları mütləq nağdsız qaydada aparılmalıdır. Bununla əlaqədar müvafiq fəaliyyət sahələri ilə məşğul olan vergi ödəyicilərinin məlumatlandırılması təmin edilib. Əlaqəli məlumatlar əsasında həmin vergi ödəyicilərinin fəaliyyətinə nəzarət təmin olunacaq.
Qeyd edək ki, müsahibənin tam mətni ilə keçiddən tanış ola bilərsiz.