BBN.az analitika portalı yeni bazar araşdırmasını Sizə təqdim edir. Bu yazıda banklarda verilən təhsil kreditlərinin faiz dərəcələri təqdim edilib.
Araşdırmaya əsasən, təhsil krediti verən banklar “AGBank ”ASC , “Bank VTB (Azərbaycan) ” ASC, “Xalq Bank” ASC, “TuranBank” ASC-dir və faiz dərəcələri 17-29% aralığında müəyyən edilib.
Qeyd: “Xalq Bank” ASC-də təhsil krediti xarici valyutada fiziki və ya hüquqi şəxslərin zaminliyi ilə (17-20%), avtonəqliyyat vasitəsinin girovu ilə (16-19%) və daşınmaz əmlakın girovu ilə (16-19%) təklif edilir.
“Bank VTB (Azərbaycan)” ASC-də kredit təhsil müəssisənin hesabına nağdsız ödəniş yolu ilə bir neçə tranşla köçürülməklə verilir. Əgər tələbələr fərqlənmə ilə oxuyarlarsa, (tələbənin fərqlənməsi haqqında ali təhsil müəssisəsinin sənədinə əsasən) kreditin faiz dərəcəsində 1% endirim olacaqdır..
Bankın adı | İllik faiz (%) | Məbləğ,
manatla |
Müddət
(ay) |
Komisiya haqqı (%) |
Məhsulun adı |
AGBank ASC |
26-27 | 300-500 | 3-18 | 1 | |
Bank VTB (Azərbaycan) ASC |
19 | 300-30000 | 6-60 | – |
|
Xalq Bank ASC |
17-20 | 500-10000 (dollarla) | 1-48 | 0.1 |
|
TuranBank ASC |
29 | 5000 | 18 | 1 |
|