Kapital Bank 11–13 oktyabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin (“Education 2018”) rəsmi tərəfdaşıdır. Sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilir.
BBN.az xəbər verir ki, tədbir zamanı Kapital Bank, Təhsil Nazirliyinin “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil Avtobusu – 2018” layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb. Mükafat, təhsil nazirinin müavini Firudin Qurbanov tərəfindən, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyevaya təqdim edilib.
Sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirərək 90-dan çox müxtəlif fakültələri təqdim edir. Beynəlxalq Təhsil Sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən, orta ixtisas təhsil müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Təhsil sərgisi hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkan yaradan unikal platformadır.
Azərbaycanın ümumilikdə 18 ali təhsil müəssisələri sərgidə iştirak edir. “Education 2018” sərgisinin “Xaricdə təhsil” sektorunun daxilində Çex Respublikası, Gürcüstan, Latviya, Litva, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim edəcəklər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.