Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə Tacikistan Respublikası Hökuməti yanında Vergi Komitəsinin dəvəti ilə fevralın 22-24-də Düşənbə şəhərinə səfərdə olub.
Məqsəd Tacikistanın Vergi Komitəsi tərəfindən həyata keçirilən “Vergi inzibatçılığında islahatlar” layihəsi çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin qeyd edilən sahədəki təcrübəsinin öyrənilməsi və qarşılıqlı fikir mübadiləsinin aparılması olub.
Görüş zamanı Azərbaycanda elektron hökumətin yaradılması istiqamətində mühüm layihələrdən biri olan və tətbiqinə 2006-cı ildə başlanılan Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS), habelə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə ölkəmizdə ilk dəfə elektron bəyannamələrin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.