Asiya İnfrastruktur İnvestisiya Bankından TANAP-a 600 milyon dollarlıq kredit ayırılıb.
Kredit Azərbaycan zəmanətində Cənub Qaz Dəhlizi şirkəti tərəfindən istifadə olunacaq.
“Avropa və Asiya arasındakı bu önəmli layihə yalnız Azərbaycanın iqtisadiyyatını gücləndirməklə qalmayacaq, eyni zamanda Türkiyənin və Avropanın cənubundakı bir çox ölkənin enerji təhlükəsizliyini təmin edəcək”-deyə, bankın müdir köməkçisi D.J. Pandian bildirib.