Tanınmış şirkətin səhmləri satışa çıxarılıb

“Snapchat”ı yaradan Snap adlı şirkət ilk dəfə New York Birjasında alıcılarına təklif olunacaq.
Onun səhmlərinin  17 dollardan  satışa çıxarılacağı gözlənilir. Şirkətin ümumi bazar dəyərinin 24 milyard dollar olması ehtimal edilir. Şirkət bu satışdan təxminən 3 milyard dollar qazanmağı gözləyir.

Qeyd edək ki, Snapın 2015-ci ildə zərəri 372.9 milyon, ötən il isə 514.6 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır