7 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələr üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzİnTelecom” MMC-nin rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə banklarda olan telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb və bankların sualları cavablandırılıb.