“Caspian European Club”a yeni baş icraçı direktor təyin edilib

Telman Əliyev “Caspian European Club”un baş icraçı direktoru təyin olunub.

BBN.az xəbər verir ki, Ali rəhbərliyin bu qərarı “Caspian European Club”nun təşkil etdiyi beynəlxalq tədbirlərin coğrafiyasının genişləndirilməsi və xarici nümayəndəliklərin yaradılması üçün mühüm və zəruri addımdır.

Bu vaxta kimi “Caspian European Club”un baş icraçı direktorunun vəzifələrini icra edən Mustafa Abbasbəyli isə Polşada “Caspian European Club” nümayəndəliyinin rəhbəri və “Caspian Energy Poland”ın icraçı direktoru təyin olunub.

Qeyd edək ki, Telman Əliyev 2017-ci il noyabrın 15-dən “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavinidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır