Dünya çempionatı zamanı təmassız ödənişlərdən nə dərəcədə istifadə edilib?

FIFA-nın rəsmi ödəniş xidmətləri üzrə tərəfdaşı Visa (NYSE: V) xarici sərnişinlərin xərclərini analiz edib.

Nəticələrə görə, turnirdə iştirak edən 11 Rusiya şəhərində hər 5 alışdan təxminən biri smartfon, biləklik, və üzük də daxil olmaqla təmassız ödəniş vasitəsilə ödənilib ki, bu da 17% təşkil edib. Stadionlarda təmassız ödənişlərin payı 54% olub. Buraya Rusiya və xarici tərəfdarlar da daxildir.

Orta hesabla 11 şəhər üzərindən VISA kart sahibləri 3,575 rubl, təxminən 56.65 dollar xərcləyiblər. Xərclərin əsas faizi Amerika Birləşmiş Ştatlarının payına düşür. Sonrakı sırada isə müvafiq olaraq Çin və Meksika gəlir.

Turistlərin həm stadion daxilində, həm stadiondan xaricdə ən çox xərclədikləri beş əsas şəhər bunlardır:

Moskva: 1.7 milyard rubl (26.9 milyon dollar)
Sankt-Peterburq: 506 milyon rubl (8 milyon dollar)
Soçi: 104 milyon rubl (1.6 milyon)
Kazan: 71 milyon rubl (1.1 milyon)
Yekaterinburq: 48 milyon rubl (760,800 dollar)

“VISA Rusiya”nın ölkə üzrə menecerinin sözlərinə görə, tərəfdarlar  təmassız ödənişləri xüsusilə xətlərdən daha te keçmək və sürətləyə meydançaya geri qayıda bilmək üçün istifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır