Əmanətlərin Sığortalanması Fondu mərkəzləşdirilmiş informasiya sistemlərinin (bundan sonra -FMİST) təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulmasına dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının satın alınmasına dair açıq tender elan edir.
İddiaçılar tenderdə iştirak haqqı kimi Əmanətlərin Sığortalanması Fondunun aşağıda qeyd olunan hesabına 300 (üç yüz) manat vəsaitin köçürdüyü barədə bank arayışını təqdim edərək Əsas şərtlər toplusunu əldə edə bilər.
Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında və ya Avroda göstərilmiş valyuta hesablarına ödəyə bilərlər.
Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.