İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun informasiya sistemlərinə dəstək xidmətlərinin göstərilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender elan edir.

BBN.az Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, (bundan sonra- Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://www.mcgf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.

Tender üzrə prosedurlar 21 avqust 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

Tender 3 lotdan ibarətdir:

  • Lot 1- “İnformasiya Mübadiləsi Modulu” (İMM) proqram təminatına illik texniki dəstək xidməti;
  • Lot 2- “Elektron İpoteka” sisteminə illik texniki dəstək xidməti;
  • Lot 3- “Avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə” illik texniki dəstək xidməti.

Tenderdə iştirak haqqı hər lot üzrə 100 manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək.

Qeyd edək ki, ətraflı məlumat almaq üçün keçiddən istifadı edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır