AMB rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı Rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə zəruri təbliğat və təşviqat materiallarının hazırlanması və kampaniyanın keçirilməsi üçün reklam agentinin seçilməsi üzrə tender elan edir.

BBN.az xəbər verir ki, tender Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması” üzrə nəzərdə tutulmuş tədbirin icrası məqsədi ilə keçirilir.

Tender təklifləri zərflərinin açılış proseduru 13 iyun 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 12 iyun 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 1 iyun 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürməlidir.

Qeyd edək ki, tenderdə iştirakla bağlı ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır