İpoteka və Kredit Zəmanət Fondu tender müddətlərində dəyişiklik edib

İpoteka və Kredit Zəmanət Fondu tenderlə müddətlərində dəyişiklik edib.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”nin yenilənməsi ilə bağlı  mal və xidmətlərin satın alınmasına dair Açıq tender ilə bağlı müddətlərdə bir sıra dəyişikliklər edilib.

BBN.az xəbər verir ki, tender üzrə ilkin sənədlər 27 avqust 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 06 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Tender zərfləri 07 sentyabr 2018-ci il saat 15.00–da Fondun inzibati binasında açılacaq.

Təklifin qüvvədə olma müddəti 19 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 03 dekabr 2018-ci il tarixinədək olması müəyyən edilib.

Həmçinin, “Elektron sənəd dövriyyəsi” avtomatlaşdırılmış proqram təminatına illik texniki dəstək xidmətinin satın alınması ilə bağlı xidmət təkliflərinin cəlb olunması üzrə müddətlərdə də dəyişikliklər edilib.

Satınalma üzrə ilkin sənədlər 24 avqust 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 04 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Təklif zərfləri 05 sentyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaq.

Təklifin qüvvədə olma müddəti 17 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 30 noyabr 2018-ci il tarixinədək müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır