İpoteka və Kredit Zəmanət Fondu tenderin müddətini uzadıb.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “Kredit reytinqi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması üzrə xidmətlərin satın alınması açıq tenderinin müddəti uzadılıb.
BBN.az xəbər verir ki, tender üzrə ilkin sənədlər 10 may 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 22 may 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Tender üzrə zərflər 23 may 2018-ci il saat 15.00–da Fondun inzibati binasında açılacaq.
Təklifin qüvvədə olma müddəti 11 iyul 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 29 avqust 2018-ci il tarixinədək olması müəyyən edilib.
Tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (172) nömrəli telefona zəng etmək olar.