Dünyanın ən çox satan elektrikli avtomobil markası “Tesla”nın ilkin etapda Türkiyədə xidmət sahəsi quracağı planlanır.
Türkiyə mediasında yer alan məlumata görə, “Tesla”nın Avropa mərkəzi Hollandiya İstanbulda xidmət sahəsi qura biləcəyi yer axtarır. Şirkətin 6 ay ərzində bu planı reallaşdıracağı və tanıtım məqsədi ilə 3-4 avtomobilin sərgilənəcəyi də bildirilib. Belə ki, “Tesla” “Model 3” ilə Türkiyə bazarına sürətli giriş etməyi planlaşdırır.