Model 3 Tesla üçün mühüm bir layihədir, çünki yüksək qiymətli lüks avtomobillərlə tanınan ABŞ-ın elektrik avtomobil istehsalçısı kütləvi bazarına daha əlverişli bir seçim təqdim etməyə çalışır.
Model 3-ün ən ucuz versiyası 58,800 avrodan (66,800 dollar) başlayan qiymətlətlə satılır.
Hollandiya Nəqliyyat Qurumunun internet saytında nəşr olunan məlumatlarda bildirilir ki, Model 3 Avropa yollarının tələblərinə cavab verir.Belə ki, Model 3 -ün gələn ay Avropada təqdimatı gözlənilir.
Qeyd edək ki, Hollandiya Nəqliyyat Qurumu Avropada avtomobillər və avtomobil hissələrinin lisenziyalaşdırılması ilə məşğul olan səlahiyyətli qurumlardan biridir.