Oktyabrın 4-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası çərçivəsində 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası – Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında Protokol” çərçivəsində məlumat mübadiləsinin Texniki şərtləri imzalanıb.
BBN.az xəbər verir ki, sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin imzalayıblar.