Bakı Fond Birjasının Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə ilk dəfə olaraq xarici şirkət “The Finsbury Group Limited” qoşulub.
BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, tərəflər arasında 25 May 2018-ci il tarixində “Listinq Məsləhət Proqramı” -na qoşulma haqqında saziş imzalanıb.
Qeyd edək ki, The Finsbury Group Limited Böyük Britaniya şirkəti olmaqla PR və investorlarla əlaqələrin qurulması üzrə ixtisaslaşmışdır, həmçinin 15-dən çox ölkədə rəsmi nümayəndəlikləri mövcuddur. Sazişə əsasən Finsbury şirkəti Bakı Fond Birjasının Listinq Məsləhət Proqramı çərçivəsində investisiya şirkətləri ilə strateji əlaqələrin qurulması və PR xidmətləri üzrə dəstəyin göstərilməsi nəzərdə tutulub.